Menyu

Bu il 22 mindən uşağa reabilitasiya xidmətləri göstərilib

Operativ Media
Bu il 22 mindən uşağa reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində cari ilin birinci yarımilində 22 552 uşağa reabilitasiya xidmətləri göstərilib.

Bu barədə Operativ Media-ya ƏƏSMN-dan məlumat verilib.

Bildirilib ki, onlardan əlilliyi olan 1089 uşaq stasionar, 13 240 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyaya aid uşaqlar Nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər