Menyu

Marketdən soyğunçuluq edən şəxs saxlanılıb

Operativ Media
Marketdən soyğunçuluq edən şəxs saxlanılıb
1 dəq oxu

Qaradağ rayonunda soyğunçuluq hadisəsi qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, naməlum şəxs gecə saatlarında rayon ərazisində yerləşən marketlərin birinə müştəri kimi daxil olaraq talama cinayəti törədib. Həmin vaxt marketdə çalışan satıcının ona müdaxiləsinə baxmayaraq şübhəli şəxs hadisə yerindən yayına bilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər