Menyu

Yasamalda maşından 850 manat dəyərində mobil telefon və qulaqlıq oğurlanıb

Operativ Media
Yasamalda maşından 850 manat dəyərində mobil telefon və qulaqlıq oğurlanıb

Yasamal rayonu ərazisində bir nəfərə məxsus “Toyota” markalı avtomobildən 1100 dollar, 200 avro, 850 manat dəyərində mobil telefon və qulaqlıq oğurlanıb.

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı X.İsgəndərova, 34 yaşlı A.Təhvəli və əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş A.Rəfiyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Sabunçu rayonu ərazisində 1200 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı M.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər