Menyu

Bakının dörd rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq

Operativ Media
Bakının dörd rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq

Elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 21-də Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Operativ Media “Azərişıq” ASC-yə istinadla xəbər verir ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Təbriz Xəlilbəyli, Lev Tolstoy, Mirzə İbrahimov, Süleyman Tağızadə, Xıdır Mustafayev, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Abbas Mirzə Şərifzadə, Məmməd Şərif Həmidov, İsrafil Məmmədov, İslam Səfərli, Əlövsət Quliyev, Əli Aslanov və Bəşir Səfəroğlu küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.

Nizami rayonunda isə saat 10:00-dan 14:00-dək Yavər Səfərov küçəsinin bir hissəsində (“Kral” ət və ət məhsulları zavodunun yaxınlığı) aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.

Səbail rayonunun Bayıl qəsəbəsində saat 10:00-dan 12:00-dək Gülbala Əliyev və Bünyad Sərdarov küçələrində, Suraxanı rayonunun Zığ qəsəbəsində isə Rövşən Göyüşov küçəsində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.

“Azərişıq” ASC bildirir ki, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər