Menyu

Azərbaycanda taxıl sahələrinin 86 faizində biçin yekunlaşıb

Operativ Media
Azərbaycanda taxıl sahələrinin 86 faizində biçin yekunlaşıb

İndiyədək sahələrdən 2,9 milyon tona yaxın məhsul yığılıb.

Operativ Media Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına istinadən xəbər verir ki, iyulun 21-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 86 faizində biçin başa çatıb.

Mövsüm ərzində 827 625 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 877 903 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,8 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 365 154 hektar buğda, 462 471 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 371 200 ton buğda, 1 506 703 ton arpa yığılıb. Buğda sahələrinin 79,4 faizində, arpa sahələrinin isə 92,1 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 37,6 sent/ha, arpa üzrə isə 32,6 sent/ha təşkil edir.

Artıq 17 rayonda - Ucar, Ağdaş, Bərdə, Biləsuvar, Cəlilabad, Kürdəmir, Yevlax, Lənkəran, Masallı, Neftçala, Sabirabad, Salyan, Naftalan, Göyçay, Tərtər, Kəlbəcər və Şuşada biçin tam yekunlaşıb, respublikanın 16 rayonunda - Ağsu, Ağdam, Ağcabədi, Ağstafa, Astara, Balakən, Beyləqan, Goranboy, İmişli, Qazax, Qəbələ, Zərdab, Saatlı, Samux, Siyəzən, Şəki rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir.

Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər