Menyu

Süd məhsullarının etiketlənməsi ilə bağlı yeni layihəyə başlanılıb

Operativ Media
Süd məhsullarının etiketlənməsi ilə bağlı yeni layihəyə başlanılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ailə kəndli təsərrüfatlarında istehsal olunan və ərzaq bazarlarında satışa çıxarılan süd və süd məhsullarının etiketlənməsi ilə bağlı yeni layihənin icrasına başlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Ərzaq bazarlarında sağlamlaşdırma tədbirləri çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən “Yaşıl” bazarda layihəyə start verilib. Layihə çərçivəsində süd məhsulları istehsal tarixi, yararlılıq müddəti, istehsalçısı, mənşəyi və digər zəruri məlumatları özündə əks etdirən etiketlərlə satışa təqdim olunacaq.

Yeni yanaşma istehlakçıların məhsul haqqında dolğun məlumat əldə etməsinə, məhsulun mənşəyinin müəyyənləşdirilməsinə və bazarlarda satış prosesinin daha şəffaf təşkilinə xidmət edəcək.

Bəzi hallarda ailə kəndli təsərrüfatlarında istehsal olunaraq bazarlarda satışa çıxarılan süd məhsullarının istehsalçısı və mənşəyi barədə məlumatlar tam şəkildə təqdim edilmir. Bu səbəbdən layihə çərçivəsində etiket nümunələri hazırlanıb, məhsulların xüsusi qablaşdırmada satışının təşkili istiqamətində müvafiq tədbirlər görülür.

Layihə həmçinin ailə kəndli təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsinə yönəlib. Məhsulların etiketlə təqdim olunması istehsalçıların tanınmasına, onların məhsullarına etimadın artmasına, bazarda rəqabət imkanlarının genişlənməsinə, həmçinin istehlakçı hüquqlarının qorunmasına və qida təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək.

Sağlamlaşdırma tədbirlərinin mərhələli şəkildə digər ərzaq bazarlarında da həyata keçirilməsi nəzərdə tutulur.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər