"Sabah"ın rəqibi "Nyukasl"ın hücumçusu ilə maraqlanır
İtaliya təmsilçisi 24 yaşlı Almaniya vətəndaşı olan hücumçunu heyətinə qatmaq üçün artıq İngiltərə təmsilçisi ilə əlaqə saxlayıb və tərəflər arasında mümkün icarə müqaviləsi müzakirə olunur.
Operativ Media xəbər verir ki, Neapol təmsilçisi qarşı tərəfin razılıq verəcəyi təqdirdə forvardı mövsümün sonunadək icarəyə götürməyə hazırdır.
Qeyd edək ki, 2025-ci ildən bəri “sağsağanlar”ın formasını geyinən almaniyalı oyunçu bütün turnirlərdə meydana çıxdığı 52 qarşılaşmada 11 dəfə rəqib qapısına yol tapıb və 5 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalının dəyərləndirməsinə əsasən, hücumçunun transfer dəyəri 55 milyon avro təşkil edir. O, cari karyerası ərzində daha əvvəl “Ştutqart”, “Elfersberq” və “Verder” klublarının şərəfini qoruyub.
dəqiqələr içində saytın olsun.