Menyu

Mixail Fedorov İtaliyanın müdafiə naziri yanında müşavir təyin olunub

Operativ Media
Mixail Fedorov İtaliyanın müdafiə naziri yanında müşavir təyin olunub
1 dəq oxu

Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov İtaliyanın müdafiə naziri Quido Krosettonun müşaviri vəzifəsinə təyin olunub.

Operativ Media xəbər verir ki, Fedorov bu barədə Teleqram kanalında paylaşım edib.

O, göstərilən etimada və strateji tərəfdaşlığa görə minnətdarlığını bildirib.

Fedorov qeyd edib ki, yeni vəzifəsində İtaliyaya müasir döyüş texnologiyalarının inkişaf etdirilməsi və müdafiə sektorunun təkmilləşdirilməsi istiqamətində dəstək göstərəcək.

Əlaqəli Xəbərlər