Menyu

"Sabah"ın iki baş məşqçisi olan rəqibi - "Vikinq"

Operativ Media
"Sabah"ın iki baş məşqçisi olan rəqibi - "Vikinq"

Bir futbol klubunun eyni vaxtda iki baş məşqçi tərəfindən idarə olunması qəribə görünə bilər. Lakin UEFA Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparacaq Norveçin “Vikinq” klubu bunun uğurla işləyə biləcəyini sübut edib.

Komandanın baş məşqçi postunu bərabər səlahiyyətlərə malik Bjarte Lunde Aarsheim və Morten Jensen bölüşdürür və onlar 2021-ci ildən bəri kollektivi birlikdə çalışdırırlar.

​Bu qeyri-adi modelin təməli 2017-ci ilə təsadüf edir. “Vikinq” "Eliteserien"dən aşağı liqaya düşdükdən sonra başlanan yenidənqurma prosesində baş məşqçi təyin olunan Bjarne Berntsen Aarsheim və Jenseni məşqçilər korpusuna cəlb etmiş, komanda isə həmin mövsümdəcə elitaya qayıtmağı bacarmışdı. 2020-ci ildə Berntsenlə yollar ayrıldıqdan sonra klub rəhbərliyi hər iki mütəxəssisin eyni vaxtda baş məşqçi olması təklifini qəbul etdi və 2021-ci il yanvarın 1-dən bu sistem rəsmən tətbiq olundu.

​Özünü tamamilə doğrulduran bu qərar nəticəsində ikili 2025-ci ildə “Vikinq”i düz 34 ildən sonra Norveç çempionu etdi. Komanda daxilində iş bölgüsü də dəqiq prinsiplərə əsaslanır: Bjarte Lunde Aarsheim birbaşa meydandakı oyuna və gündəlik məşq prosesinə fokuslanır, Morten Jensen isə rəqib analizi və futbolçuların inkişafı istiqamətlərində ön plana çıxır.

​İllər ərzində formalaşan bu uğurlu oyun modeli və unikal idarəçilik sistemi indi daha böyük sınaq qarşısındadır – Çempionlar Liqası

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər