Menyu

Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb

Operativ Media
Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Qazaxıstanda səfərdədir.

AHİK-dən Operativ Media-ya bildirilib ki, səfər çərçivəsində Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasında görüş keçirilib.

Görüşdə AHİK-in həmkarlar ittifaqları üzvlərinə təqdim etdiyi elektron xidmətlər, e-ahik Elektron Rezervasiya platforması, rəqəmsallaşmanın sürətləndirilməsi prosesində süni intellektin tətbiqi ilə bağlı təqdimatlar keçirilib, sağlamlıq və istirahət mərkəzlərində şəraitin yaxşılaşdırılması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün görülən işlərdən bəhs olunub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov dövlətimiz tərəfindən ictimai təsisatların səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraitdən danışıb. Ölkəmizdə həmkarlar ittifaqları sisteminin modernləşdirilməsi, əmək hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi, sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, eləcə də rəqəmsal imkanların artırılması istiqamətində reallaşdırılan tədbirlər barədə məlumat verib.

Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib, iki dost ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin dinamik inkişafının, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Tərəflər həmkarlar ittifaqları arasında təhsil, sağlamlıq turizmi və digər istiqamətlər üzrə əməkdaşlığın inkişafı perspektivləri, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparıblar.

Görüşün sonunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası arasında imzalanan Əməkdaşlıq Sazişinin icrasına dair “2026-2028-ci illər üçün Yol xəritəsi” imzalanıb. Sənəd özündə iki ölkənin həmkarlar ittifaqları arasında əməkdaşlığın inkişafı istiqamətlərini, birgə layihə və təşəbbüslərin həyata keçirilməsini ehtiva edir.

Səfər çərçivəsində AHİK nümayəndələri, həmçinin “Qazaxıstan Dəmir Yolu, Avtomobil, Hava və Su Nəqliyyatı İşçilərinin Sahə Peşəkar Həmkarlar İttifaqı” İctimai Birliyinin və ilk həmkarlar ittifaqlarının rəhbərləri ilə də görüşüb, “Қазақстан Теміржолшысы” qəzetinin fəaliyyəti ilə tanış olublar.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər