Menyu

Sentyabrın 4-də gözlənilən hava proqnozu açıqlanıb

Operativ Media
Sentyabrın 4-də gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər