Menyu

İkinci əl maşın alarkən yürüşün geri çəkildiyini necə bilmək olar?

Ayşən Sadıxzadə
İkinci əl maşın alarkən yürüşün geri çəkildiyini necə bilmək olar?

İkinci əl avtomobil alarkən alıcıların ən çox diqqət etdiyi məqamlardan biri avtomobilin yürüş göstəricisidir. Lakin bütün avtomobillərdə yürüşün geri çəkilib-çəkilmədiyini müəyyən etmək eyni dərəcədə asan deyil.

Bu sözləri Operativ Media-ya avtomobil ustası Sahil Ağabəyli deyib.

O bildirib ki, bəzi avtomobillərdə diaqnostika vasitəsilə avtomobilin real yürüşünü və hazırda paneldə göstərilən kilometrajı müqayisə etmək mümkündür. Bu zaman göstəricilər arasındakı fərq yürüşün dəyişdirildiyini üzə çıxara bilər:

“Avtomobilin elektron cihazlarından hər hansı biri dəyişdirildikdə və ya nasazlıq səbəbindən elektron idarəetmə bloklarına müdaxilə olunduqda da kilometrajla bağlı məlumatlarda dəyişiklik yarana bilər. Buna görə də yalnız cihazlar panelindəki rəqəmə baxmaqla avtomobilin real yürüşünü müəyyən etmək düzgün yanaşma deyil. Diaqnostika zamanı avtomobilin müxtəlif elektron bloklarında saxlanılan məlumatların müqayisə edilməsi daha dəqiq nəticə verə bilər.

Xüsusilə Avro-4-dən yuxarı emissiya standartlarına malik, yəni Avro-5 və Avro-6 dizel mühərrikli avtomobillərdə real yürüşün müəyyənləşdirilməsi üçün əlavə imkanlar mövcuddur. Belə avtomobillərdə katalizator, dizel hissəcik filtri (DPF) və digər emissiya sistemlərinin vəziyyəti və işləmə göstəriciləri diaqnostika vasitəsilə yoxlanıla bilər. Bu məlumatlar avtomobilin faktiki istismar müddəti və yürüşü barədə əlavə təsəvvür yaradır.

Bununla yanaşı, ikinci əl avtomobil alarkən yalnız kilometraj rəqəminə fokuslanmaq düzgün deyil. Xüsusilə yaşı çox olan avtomobillərdə yürüş göstəricisi avtomobilin real vəziyyətini müəyyən edən əsas meyar olmaya bilər. Avtomobilin mühərrikinin, sürətlər qutusunun, asqı sisteminin, kuzovunun və digər əsas hissələrinin vəziyyəti daha ciddi şəkildə yoxlanılmalıdır.

Məsələn, yaşı beş və ya on il civarında olan avtomobildə yürüş göstəricisi alıcının qərarına təsir edən mühüm amillərdən biri ola bilər. Lakin daha yaşlı avtomobillərdə təkcə kilometraj rəqəminə güvənmək doğru deyil. Əsas məsələ avtomobilin texniki vəziyyətinin, əvvəlki istismar şəraitinin və mümkün müdaxilələrin peşəkar şəkildə qiymətləndirilməsidir.

Ona görə də ikinci əl avtomobil alarkən paneldə yazılan kilometrajı son həqiqət kimi qəbul etmək olmaz. Ən etibarlı üsul avtomobili kompleks diaqnostikadan keçirmək, elektron bloklardakı məlumatları müqayisə etmək və mexaniki hissələrin faktiki vəziyyətini qiymətləndirməkdir”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər