Menyu

Bakı Şəhər DYP İdarəsi sürücülərə xəbərdarlıq edib

Operativ Media
Bakı Şəhər DYP İdarəsi  sürücülərə xəbərdarlıq edib

Bakının Binəqədi rayonu ərazisində, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində təmir işləri ilə əlaqədar sentyabrın 4-də saat 20:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Operativ Media-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan ərazidə aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq və həmin müddət ərzində DYP əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyi ilə əlaqədar tənzimləmə işləri həyata keçiriləcəkdir.

"Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını yaranacaq müvəqqəti məhdudiyyətə anlayışla yanaşmağa və yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən edilmiş qaydalara riayət etməyə çağırır", - məlumatda qeyd olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər