Qazanxanalarda yanacaq istifadəsinə sərt nəzarət qoyulur
İstilik qazanxanalarında yanacağın fasiləsiz təchizatı təmin edilməli, qəbul edilən, sərf olunan və anbarda saxlanılan yanacağın miqdarı və keyfiyyəti mütəmadi uçota alınmalıdır.
Operativ Media xəbər verir ki, istilik qurğularının yanacaq təsərrüfatı avadanlıqlarının istismarı qazanxanaya yanacağın vaxtında və fasiləsiz çatdırılmasını təmin etməlidir.
Qazanxanaya qəbul edilən, istehsalat məqsədləri üçün sərf olunan və anbarlarda saxlanılan yanacağın miqdarı və keyfiyyəti uçota alınmalıdır. Maye yanacağın uçotu onun çəkisi və ya həcmi, qaz yanacağının uçotu isə ölçmə vasitələri ilə müəyyən edilən miqdarı əsasında aparılır.
Bununla yanaşı, maye yanacağın inventarizasiyası keçirilməli, yanacağın keyfiyyətinə vaxtaşırı nəzarət edilməlidir. Yanacaqda çatışmazlıq aşkarlandıqda və ya onun keyfiyyəti aşağı düşdükdə təchizatçılara qarşı iddia irəli sürülməlidir.
Qazanxanalar üçün təchiz olunan yanacağın keyfiyyəti qüvvədə olan standartlara və təchizatın texniki şərtlərinə uyğun olmalıdır.
Təchizat sənədlərində maye yanacağın markası, istilik törətmə qabiliyyəti, alışma temperaturu, maksimal kükürd tərkibi və yol verilən nəmliyi göstərilməlidir.
Qaz yanacağı üzrə sənədlərdə isə onun istilik törətmə qabiliyyəti, sıxlığı və nəmliyi, həmçinin kondensatın, mexaniki qarışıqların və kükürdün miqdarı qeyd edilməlidir.
Layihəyə uyğun olaraq anbarda saxlanılması nəzərdə tutulan yanacaq növündən istifadə edildikdə, anbara daxil olan yanacağın qazanxanada sərfiyyatına nəzarət məqsədilə hər rübdə ən azı bir dəfə inventarizasiya aparılmalıdır.
dəqiqələr içində saytın olsun.