Menyu

Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib

Operativ Media
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib

Çağ Universiteti, “İnjuria” Hüquq Platforması, Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) və Beynəlxalq Ailə Hüquqşünasları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfrans ailə hüququ sahəsində fəaliyyət göstərən hüquqşünasları, hakimləri, vəkilləri, mediatorları elm və təhsil ictimaiyyətini, Milli Məclisin deputatlarını və dövlət qurumlarının nümayəndələrini, eləcə də vətəndaş cəmiyyəti institutlarını bir araya gətirib.

Operativ Media xəbər verir ki, İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə qonaqları salamlayaraq Azərbaycan və Türkiyə arasında hüquq sahəsində əlaqələrin möhkəmləndirilməsinin, beynəlxalq təcrübənin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, bu formatda keçirilən görüşlər ailə hüququnun aktual məsələlərinin müzakirəsi, peşəkar dialoqun inkişafı və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.

Çağ Universitetinin rektoru professor Murat Koç çıxışında Mersin və Ankara şəhərlərində keçirilmiş I və II Beynəlxalq Ailə Hüququ konfranslarının davamı olaraq Bakıda təşkil olunan III Beynəlxalq Ailə Hüququ Konfransının ailə hüququnun aktual məsələlərinin beynəlxalq müstəvidə müzakirəsi baxımından mühüm platforma olduğunu qeyd edib. Rektor bu cür elmi tədbirlərin Azərbaycan ilə Türkiyə arasında hüquq sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

“İnjuria” Hüquq Platformasının direktoru Kəmalə Məmmədova çıxışında ailə hüququ sahəsində müasir çağırışlar nəzərə alınmaqla birgə elmi-praktik fəaliyyətin genişləndirilməsinin, habelə hüquq mütəxəssisləri arasında davamlı peşəkar fikir mübadiləsinin aparılmasının vacibliyini qeyd edib.

Beynəlxalq Ailə Hüquqşünasları İnstitutunun rəhbəri Sahra Düzgün Tucel, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatları Fatma Yıldırım və Bəhruz Məhərrəmov çıxışlarında ailə hüququnun müasir inkişaf istiqamətləri, beynəlxalq əməkdaşlıq, qadın və uşaq hüquqlarının təmin edilməsi, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi məsələlərinə diqqət yetiriblər.

Konfransın panel sessiyalarında ailə hüququnun aktual məsələləri, müasir yanaşmalar və mövcud hüquqi mexanizmlər ətrafında fikir mübadiləsi aparılıb.

“Transsərhəd ailə mübahisələri və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən birinci paneldə transsərhəd ailə münasibətlərinin hüquqi tənzimlənməsi, beynəlxalq ailə mübahisələrində yurisdiksiya məsələləri, birgə valideynlik və uşaqlarla bağlı hüquq münasibətləri, eləcə də beynəlxalq hüquqi əməkdaşlıq mexanizmləri diqqət mərkəzində olub. Paneldə vəkillər Ersan Barkın, Sahra Düzgün Tucel, İrem İləri və Könül Yaqubova məruzələrlə çıxış ediblər.

“Müasir ailə hüququnun inkişaf tendensiyaları və beynəlxalq konvensiyalar” mövzusuna həsr olunan ikinci paneldə ailə münasibətlərində əmlak və miras hüququ, nikah əmlakının hüquqi rejimi, boşanma prosesinin hüquqi və psixoloji aspektləri, eləcə də müasir ailə hüququnun problemləri və məhkəmə təcrübəsi araşdırılıb. Sessiyada vəkillər Esmira Rzayeva, Ayça Özdoğan, Mehtap Açıkses Akpınar, Xəyalə Cəfərova və Arzu Alıyeva məruzələr təqdim ediblər.

“Qadın hüquqları və gender bərabərliyi ailə hüququ kontekstində” mövzusunda üçüncü paneldə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması, məişət zorakılığının qarşısının alınması və zərərçəkmiş şəxslərin müdafiəsi üzrə hüquqi mexanizmlər, habelə qadın təşkilatlarının bu sahədə rolu müzakirə predmetinə çevrilib. Paneldə hüquqşünas Fidan Məmmədzadə, Qadın İnkişaf və Maarifləndirmə İctimai Birliyinin İdarə Heyətinin sədri Aygün Əhmədova, mediator və vəkil Rəhilə Ağaquliyeva, vəkil Feyza Altun çıxış ediblər.

“Ailə mübahisələrinin həllində mediasiya və alternativ mexanizmlər” mövzusunda dördüncü paneldə ailə mübahisələrinin hüquqi və məhkəmədənkənar həlli, mediasiya və arbitrajın imkanları, praktik hüquqi yanaşmalar, həmçinin boşanma proseslərinin sosial-psixoloji aspektləri nəzərdən keçirilib. Sessiyada vəkillər Mahurə Kərimova və Zinyət Ağamalıyevanın, həmçinin psixoloq Ceren Pakmanın məruzələri dinlənilib.

Konfransa 4 ölkədən ümumilikdə 87 iştirakçı qatılmışdır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər