Bəzi rayonlara yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Operativ Media
Sentyabrın 6-sı saat 10:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Bu barədə Operativ Media-ya Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Düşən yağıntının miqdarı Daşkəsəndə 4, Kişcay (Şəki), Şirvan, Bərdədə 2, Gədəbəy, Naftalan, Qax, Tərtər, Göygöl, Zərdab, Şəmkir, Goranboy, Şahdağ, Ağdamda 1 mm-dək qeydə alınıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR 37, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti müşahidə olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net