Menyu

Naxçıvanda 4 avtomobil toqquşub

Operativ Media
Naxçıvanda 4 avtomobil toqquşub
1 dəq oxu

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, Naxçıvan-Şahbuz magistralında qeydə alınan qəzada "Hyundai", "KIA", "Niva" və "Mercedes" markalı avtomobillər toqquşub.

Zəncirvari qəza nəticəsində Gülər Bayramova və Fidan Abdullazadə xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər