Menyu

Bakıda leysan və şimşək gözlənilir - XƏBƏRDARLIQ

Operativ Media
Bakıda leysan və şimşək gözlənilir - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sentyabrın 7-si gündüzdən 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Azərbaycanın rayonlarında sentyabrın 6-sı axşam saatlarından 8-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 7-si axşam və 8-i gecə saatlarında yağıntıların qısa müddətə güclənəcəyi, yüksək dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimal olunur.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər