Menyu

Şengen vizasının rəqəmsallaşdırılması müraciət prosesini asanlaşdıracaq - VİDEO

Nicat Hüseynli
Şengen vizasının rəqəmsallaşdırılması müraciət prosesini asanlaşdıracaq - VİDEO

Avropa İttifaqı Şengen vizası sistemini rəqəmsal formata keçirməyə hazırlaşır və yeni sistem tam tətbiq edildikdən sonra pasportlardakı viza stikerlərini rəqəmsal vizalar əvəz edəcək.

Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, turizm ekspertlərinin sözlərinə görə, yeni sistemdə müraciət, sənədlərin təqdim edilməsi, ödəniş və müraciətin statusunun izlənilməsi vahid onlayn platforma üzərindən həyata keçirilə biləcək.

Ekspertlər bildiriblər ki, rəqəmsallaşma viza almaq qaydalarını dəyişməyəcək, yalnız müraciət prosesini asanlaşdıracaq. İlk dəfə müraciət edənlər və biometrik məlumatlarını yeniləməli olan şəxslərin isə viza mərkəzinə şəxsən getməsi tələb oluna bilər.

Bundan əlavə, səyahət sığortası Şengen vizası üçün əsas tələblərdən biri olaraq qalacaq və bu sənədin də elektron formada təqdim edilməsi mümkün olacaq.

Sistem mərhələli şəkildə tətbiq ediləcək. Turistlər səfər edəcəkləri ölkənin həmin dövrdə hansı müraciət sistemindən istifadə etdiyini əvvəlcədən yoxlamalıdırlar.

Ətraflı videoda:

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər