Menyu

Sumqayıtda dörd avtomobil toqquşub

Operativ Media
Sumqayıtda dörd avtomobil toqquşub
1 dəq oxu

Sumqayıt şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, 2 "Toyota", "Kia", "Hyundai" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər