Menyu

Sadiq Qurbanov: Xəzərin duzluluq və biomüxtəlifliyinin davamlı monitorinqi aparılmalıdır

Operativ Media
Sadiq Qurbanov: Xəzərin duzluluq və biomüxtəlifliyinin davamlı monitorinqi aparılmalıdır

“Xəzərdə su səviyyəsinin, temperaturun, duzluluğun, kimyəvi tərkibin, biomüxtəlifliyin və sahil xəttinin dəyişməsinin davamlı monitorinqi gələcək qərarların əsasını təşkil etməlidir”.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar: Xəzər dənizi nümunəsində" adlı panel sessiyada deyib.

Onun sözlərinə görə, Azərbaycanın özündə də iqlim dəyişmələrinin təsirlərini göstərən mühüm göstəricilər var:

“2007–2025-ci illərdə Azərbaycanda orta çoxillik temperatur çoxillik normaya nisbətən 1,3 dərəcə artıb. Yalnız 2025-ci ildə artım 1,8 dərəcə təşkil edib. Son altı ildə ən yüksək temperatur 2021-ci ildə 44,2 dərəcə, 2025-ci ildə isə 42,9 dərəcə olub.

Xəzərin səviyyəsinin gələcək dəyişməsi ilə bağlı elmi proqnozlar da xüsusi diqqət tələb edir. Əgər su səviyyəsinin azalması davam edərək dəniz səviyyəsindən -30 metrə çatarsa, Azərbaycan akvatoriyasında dənizin sahildən uzaqlaşması Nabran–Şabran zonasında 4–5 kilometr, Sanqaçal–Ələt zonasında 10–12 kilometr, Lənkəran–Astara zonasında isə 2–3 kilometr təşkil edə bilər”.

Deputat qeyd edib ki, bu rəqəmlər sadəcə coğrafi göstəricilər kimi qəbul edilməməlidir. Onların arxasında limanların gələcəyi, nəqliyyat marşrutları, sahilyanı yaşayış məntəqələri, ekosistemlər və iqtisadi fəaliyyət dayanır:

“Azərbaycan bu çağırışların qarşısında öz dövlət siyasətini formalaşdırır.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonaları elan edilməsi Azərbaycanın gələcək inkişaf modelində ekoloji yanaşmanın mühüm yer tutduğunu göstərir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqlim gündəliyini həm milli inkişaf siyasətinin, həm də beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevirib. COP29-un Azərbaycanda keçirilməsi bu siyasətin mühüm nəticələrindən biri oldu.

Mən hesab edirəm ki, bu siyasi iradənin elmi və texnoloji imkanlarla tamamlanması xüsusi əhəmiyyət daşıyır.

Lakin yaşıl inkişaf yalnız enerji məsələsi ilə məhdudlaşmır.

Su ehtiyatlarının qorunması da bu siyasətin ayrılmaz hissəsidir”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər