Deputat: Süni intellekt və innovativ texnologiyalar Xəzər üçün yeni imkanlar aça bilər
“Dünyada hidrometeoroloji proseslərin kəskinləşdiyi, iqlim dəyişkənliyinin artdığı və su ehtiyatlarının azaldığı bir dövrdə Azərbaycanda Xəzərin və ümumilikdə hidrometeoroloji proseslərin elmi tədqiqi xüsusi əhəmiyyət qazanır”.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar: Xəzər dənizi nümunəsində" adlı panel sessiyada deyib.
Deputat bu məqsədlə 50 ildən çox fəaliyyət göstərmiş və 2019-cu ildən fəaliyyətini dayandırmış Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun yenidən bərpa olunmasını təklif edib:
“Hesab edirəm ki, belə bir elmi-tədqiqat qurumunun bərpası ölkəmizin ekoloji, su və iqlim təhlükəsizliyi baxımından mühüm addım olardı.
Qarşımızda duran əsas vəzifə təbiət və inkişaf arasında düzgün tarazlıq yaratmaqdır.
Bu tarazlığın əsas dayaqları elm, məsuliyyətli idarəçilik, müasir qanunvericilik, qabaqcıl texnologiyalar və regional əməkdaşlıqdır.
Azərbaycan bu istiqamətdə öz iradəsini və siyasi mövqeyini ortaya qoyur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan iqlim və yaşıl inkişaf siyasətinin elmi tədqiqatlarla, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi rəqəmsal inkişaf istiqamətində atılan addımların isə süni intellekt və innovativ texnologiyalarla əlaqələndirilməsi Xəzərin gələcəyi üçün yeni imkanlar aça bilər.
İnanıram ki, Xəzərin gələcəyini qorumaq üçün bu gün atdığımız addımlar sabahın ekoloji təhlükəsizliyini müəyyən edəcək”.
dəqiqələr içində saytın olsun.