Menyu

Nazir: İqlimə həssas regionlarda erkən xəbərdarlıq sistemləri yaradılacaq

Operativ Media
Nazir: İqlimə həssas regionlarda erkən xəbərdarlıq sistemləri yaradılacaq

“Bu gün kənd təsərrüfatı dövrümüzün ən mühüm çağırışlarının kəsişməsində dayanır. İqlim dəyişiklikləri torpaq və su ehtiyatlarına təzyiqi artırır, məhsuldarlığa təsir göstərir və fermerlər üçün yeni risklər yaradır”.

Operativ Media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Harmoniya fəaliyyətdə: İqlimədavamlı kənd təsərrüfatı naminə tərəfdaşlıq” mövzusunda yüksək səviyyəli dəyirmi masada çıxışında bildirib.

Onun sözlərinə görə, artan qeyri-müəyyənlik şəraitində ərzaq istehsalı daha səmərəli və dayanıqlı şəkildə təmin edilməlidir:

“Buna görə də əsas sual artıq kənd təsərrüfatının transformasiyasının zəruri olub-olmaması deyil, bu transformasiyanı necə daha sürətli, daha ağıllı, daha dayanıqlı və daha inklüziv həyata keçirə biləcəyimizdir.

Azərbaycanın bu məsələyə baxışı aydındır. Biz kənd təsərrüfatının gələcəyini məhsuldar, rəqabətqabiliyyətli, iqlimədavamlı, getdikcə daha çox bilik, innovasiya və texnologiyalara əsaslanan inkişaf modelində görürük.

Bu baxış cari ilin may ayında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Dövlət Proqramında məhsuldarlığın və rəqabət qabiliyyətliliyin artırılması təbii resurslardan səmərəli istifadə, innovasiya, rəqəmsallaşma və dayanıqlılıq prinsipləri ilə uzlaşdırılır. 

2030-cu ilədək müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin təxminən 130 min hektardan 300 min hektara çatdırılması hədəflənir. Eyni zamanda, Proqramda iqlimədavamlı aqrar istehsal modelinin gücləndirilməsi və iqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemlərinin yaradılması nəzərdə tutulur”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər