Menyu

Məcnun Məmmədov: Rəqəmsallaşma kənd təsərrüfatında yeni mərhələnin əsasını təşkil edir

Operativ Media
Məcnun Məmmədov: Rəqəmsallaşma kənd təsərrüfatında yeni mərhələnin əsasını təşkil edir

“Azərbaycan üçün məhsuldarlıq və dayanıqlılıq bir-birinə alternativ məqsədlər deyil. Onlar vahid aqrar transformasiyanın bir-birini tamamlayan iki istiqamətidir”.

Operativ Media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Harmoniya fəaliyyətdə: İqlimədavamlı kənd təsərrüfatı naminə tərəfdaşlıq” mövzusunda yüksək səviyyəli dəyirmi masada çıxışında bildirib.

Onun sözlərinə görə, rəqəmsallaşma bu iki istiqaməti birləşdirən mühüm vasitələrdən biridir:

”Biz süni intellekt, peyk və məsafədən zondlama texnologiyaları, iqlim və sahə məlumatları, dronlar və sensorların kənd təsərrüfatında daha dəqiq və vaxtında qərarların qəbuluna imkan yaratdığı yeni mərhələyə keçirik.

Nazirliyin aqrar sahədə Süni İntellekt Təşəbbüsü çərçivəsində məqsədimiz müxtəlif mənbələrdən əldə olunan məlumatları inteqrasiya edərək onları praktik həllərə çevirməkdir. Meteoroloji və iqlim məlumatlarının əldə olunması üçün hazırda 180-dan çox iqlim stansiyasının qurulması prosesinə başlanılmışdır. Lakin texnologiya özlüyündə məqsəd deyil. Onun real dəyəri sahədə, fermer üçün praktik faydaya çevrildiyi anda yaranır, su ehtiyatlarından daha səmərəli istifadə etməyə, riskləri daha erkən müəyyənləşdirməyə, məhsulu qorumağa, məhsuldarlığı artırmağa və daha əsaslandırılmış qərarlar qəbul etməyə imkan verdiyi zaman”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər