Menyu

Muxtar Babayev: Kənd təsərrüfatında iqlim davamlılığı fermerə qədər çatmalıdır

Operativ Media
Muxtar Babayev: Kənd təsərrüfatında iqlim davamlılığı fermerə qədər çatmalıdır

Kənd təsərrüfatında iqlim dəyişikliklərinə uyğunlaşma tədbirləri birbaşa fermerlərə çatdırılmalıdır.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatında əsas problemlərdən biri iqlimlə bağlı qeyri-müəyyənlikdir. Bu vəziyyət əkin vaxtına, su təminatına və hansı məhsulların yetişdirilməsinə təsir göstərir.

Babayev bildirib ki, fermerlərin iqlim dəyişikliklərinə uyğunlaşması üçün suya, texnologiyalara və maliyyə resurslarına çıxış imkanları artırılmalıdır.

O qeyd edib ki, COP29 çərçivəsində FAO və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təqdim olunan “Bakı Harmoniya – Fermerlər üçün İqlim Təşəbbüsü”nün əsas məqsədi də beynəlxalq iqlim əməkdaşlığının fermerlər üçün daha böyük dayanıqlılığa çevrilməsidir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər