Menyu

Azərbaycanda aqrar sahədə süni intellekt üzrə 30-dan çox istifadə ssenarisi hazırlanıb

Operativ Media
Azərbaycanda aqrar sahədə süni intellekt üzrə 30-dan çox istifadə ssenarisi hazırlanıb

Azərbaycanda kənd təsərrüfatında rəqəmsal transformasiyanın yeni mərhələsinə keçid başlayıb. Bu mərhələdə süni intellekt və məlumat əsaslı texnologiyaların aqrar idarəetmədə və fermer təsərrüfatlarında tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.

Operativ Media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Harmoniya fəaliyyətdə: İqlimədavamlı kənd təsərrüfatı naminə tərəfdaşlıq” mövzusunda yüksək səviyyəli dəyirmi masada çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, “Aqrar Süni İntellekt” təşəbbüsü çərçivəsində müxtəlif məlumat mənbələrinin inteqrasiyası və onların praktik həllərə çevrilməsi üzərində iş aparılır. Layihə çərçivəsində 30-dan çox süni intellekt modulu və istifadə ssenarisi müəyyən edilib.

Bu həllər arasında bitki sağlamlığının monitorinqi, məhsuldarlığın proqnozlaşdırılması, suvarmanın idarə olunması, torpaq və bitki xəritələrinin hazırlanması, əkinlərin verifikasiyası və fermerlərin qiymətləndirilməsi yer alır.

Məcnun Məmmədov bildirib ki, süni intellekt sistemlərinin hazırlanması zamanı torpaq, iqlim, peyk görüntüləri, sahə müşahidələri, dronlar və sensorlardan əldə olunan məlumatlardan istifadə edilir. Bu məlumatların təhlili nəticəsində bitkilərin inkişafı, xəstəlik və zərərverici riskləri, suvarma ehtiyacı və məhsuldarlıqla bağlı daha dəqiq proqnozların hazırlanması mümkün olacaq.

Nazir qeyd edib ki, meteoroloji və iqlim məlumatlarının əldə olunması üçün ölkə üzrə 180-dən çox iqlim stansiyasının qurulmasına başlanılıb. Bu məlumatların kənd təsərrüfatında risklərin daha erkən müəyyənləşdirilməsinə və su ehtiyatlarından daha səmərəli istifadəyə imkan verəcəyi gözlənilir.

Onun sözlərinə görə, rəqəmsallaşmanın əsas məqsədi yalnız yeni texnologiyaların tətbiqi deyil, onların fermerlər üçün real faydaya çevrilməsidir. Bu baxımdan süni intellekt vasitəsilə aqrar sahədə risklərin əvvəlcədən müəyyənləşdirilməsi, məhsulun qorunması və daha əsaslandırılmış qərarların qəbul edilməsi hədəflənir.

Qeyd edək ki, kənd təsərrüfatında rəqəmsal transformasiyanın ilk mərhələsində Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (E-Aqro) yaradılıb. Hazırkı mərhələdə isə bu rəqəmsal infrastrukturun süni intellekt əsaslı həllərlə genişləndirilməsi nəzərdə tutulur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər