Ukrayna Yunanıstandan "Patriot" raketlərini şərtsiz tələb edir
Operativ Media
Ukrayna Yunanıstandan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün PAC-2 raketlərinin heç bir şərt qoyulmadan təhvil verilməsini tələb edir.
Operativ Media xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Ruslan Qorbenko bildirib.
Qorbenkonun sözlərinə görə, Yunanıstan Ukraynadan Rusiya limanlarına daxil olan yunan tankerlərinə hücum etməməyi tələb edib. O, bu barədə “Strana” nəşrinin “Telegram” kanalında yayımlanan videoda danışıb.
Deputat Yunanıstanın belə şərtlər irəli sürməməli olduğunu bildirərək, “Bizə şərt qoyulmayacaq”, - deyə qeyd edib.
Ukraynanın hərbçiləri və siyasətçiləri mütəmadi olaraq hava hücumundan müdafiə raketlərinin çatışmazlığından danışır və Qərb ölkələrindən müvafiq silah tədarükünü artırmağı xahiş edirlər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net