Menyu

Azərbaycanda məşqçilər üçün adaptiv cüdo kursu keçirilir

Operativ Media
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo kursu keçirilir
1 dəq oxu

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə milli komandaların Təlim-Məşq Mərkəzində məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir.

Operativ Media ACF-ə istinadən xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJU) adaptiv cüdo üzrə baş komissarı Marina Draşkoviçin rəhbərlik etdiyi təlimin əsas məqsədi məşqçilərin bu sahədə nəzəri biliklərini genişləndirmək, praktiki bacarıqlarını təkmilləşdirmək və peşəkar hazırlıq səviyyələrini artırmaqdır.

Nəzəri və praktiki məşğələlərdən ibarət kursda 18 məşqçi iştirak edir. Praktiki hissədə ACF-in adaptiv cüdo qrupunun üzvləri də yer alırlar.

Kursu uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.

Əlaqəli Xəbərlər