Menyu

Uşaqlarda abstrakt düşüncə nə vaxt formalaşır?

Ayşən Sadıxzadə
Uşaqlarda abstrakt düşüncə nə vaxt formalaşır?

Abstrakt təfəkkür insanın yalnız gördüyü əşyalar haqqında deyil, anlayışlar və ehtimallar barədə də düşünə bilməsidir.

Bu sözləri Operativ Media-ya psixoloq Fatimə Bayramova deyib.

O bildirib ki, müşahidələrə əsasən deyə bilərik ki, onun ilkin əlamətləri kiçik yaşlardan, uşağın özünü ifadə etməyə başlaması ilə görünür:

“Abstrakt düşüncənin məntiqi təfəkkürlə əlaqəsi isə yaş artdıqca güclənir.

Abstrakt təfəkkür qəfil yaranmır. Digər psixi proseslər kimi, o da tədricən, uşağın yaşına uyğun şəkildə inkişaf edir. Məsələn, 2–7 yaş arasında uşağın oyunlarına, qurduğu hekayələrə və nağılları necə başa düşdüyünə baxaraq düşüncəsinin inkişafı haqqında fikir yürütmək olar.

Məktəb yaşından etibarən uşaq konkret nümunələr üzərində məntiqi əlaqələri daha yaxşı qurmağa başlayır. Yaş artdıqca hər hansı işə başlamazdan əvvəl mümkün nəticələri təsəvvür etmək, müxtəlif həll yolları haqqında düşünmək bacarığı da inkişaf edir. Əlbəttə, bu proses hər uşaqda eyni sürətlə getmir.

Uşağın abstrakt təfəkkürünün yaşına uyğun inkişafını həm məktəbdə, həm də evdə dəstəkləmək mümkündür. Bunun üçün onun fikrini soruşmaq, məsələyə öz baxış bucağından yanaşmasına şərait yaratmaq vacibdir. Uşaq problemlə qarşılaşanda dərhal hazır həll yolu vermək əvəzinə, “Səncə, bunu necə həll edə bilərik?” və ya “Başqa hansı yol mümkündür?” kimi suallar vermək olar. Belə söhbətlər uşağa düşünmək, fikrini əsaslandırmaq və fərqli ehtimalları nəzərdən keçirmək imkanı yaradır”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər