“Çelsi” Zubimendini transfer etmək istəyir
“Çelsi” klubu qış transfer pəncərəsində “Arsenal”ın yarımmüdafiəçisi Martin Zubimendini heyətinə qatmağı planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb. Məlumata görə, London təmsilçisi 27 yaşlı futbolçu üçün 70 milyon avro ödəməyə hazırdır.
Bildirilir ki, Zubimendi “Çelsi”yə keçməyə razılıq verib. Lakin transferin reallaşması üçün klubun “Arsenal”la razılığa gəlməsi tələb olunur.
İspaniyalı futbolçu “Çelsi”dən “Mançester Siti”yə keçən Enzo Fernandesin əvəzləyicisi kimi nəzərdən keçirilir. “Çelsi”nin baş məşqçisi Xabi Alonso Zubimendi ilə “Real Sosyedad”ın ikinci komandasında birlikdə çalışıb.
Məlumata görə, Zubimendi oyun praktikasının azlığını əsas gətirərək qışda “Arsenal”dan ayrılmaq istəyir.
Zubimendi 2025-ci ilin iyulundan “Arsenal”ın formasını geyinir. Onun London klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 8 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
dəqiqələr içində saytın olsun.