Menyu

Erkin Qədirli: Həyatın bütün hallarını qanunvericilikdə təsbit etmək mümkün deyil

Operativ Media
Erkin Qədirli: Həyatın bütün hallarını qanunvericilikdə təsbit etmək mümkün deyil
1 dəq oxu

“Şəxsi münasibətlərin bütün növlərini qanunvericilikdə sadalamaq mümkün deyil”.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Erkin Qədirli parlamentdə “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, həyatın bütün hallarını, xüsusilə də insanın şəxsi həyatı ilə bağlı məsələləri qanunvericilikdə sadalamaq və təsbit etmək mümkün deyil.

Onun sözlərinə görə, şəxsi münasibətlər çərçivəsində dostluq və sevgi kimi müxtəlif hallar mövcud ola bilər. Bu münasibətlərin hamısının qanunda ayrıca göstərilməsi və ya onlara ayrıca tərif verilməsi mümkün deyil.

Erkin Qədirli qonşuluq münasibətlərinə də diqqət çəkib. O bildirib ki, qonşuluq özlüyündə şəxsi yaxınlıq demək deyil. İnsanlar məkan baxımından bir-birinə yaxın yaşasalar da, aralarında şəxsi münasibətlər olmaya bilər.

Deputat qeyd edib ki, şəxsi münasibətlər həyatın özündən irəli gələn və konkret vəziyyətə uyğun qiymətləndirilməli olan anlayışdır.

Onun fikrincə, bu münasibətlərin mövcudluğu hər bir konkret hal üzrə araşdırma nəticəsində müəyyənləşdirilməlidir.

Əlaqəli Xəbərlər