Menyu

Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması əlaqələrimizin inkişafına yeni imkanlar yaradacaq

Operativ Media
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması əlaqələrimizin inkişafına yeni imkanlar yaradacaq
1 dəq oxu

Bakıda Estoniya səfirliyinin fəaliyyətə başlaması Azərbaycanla Estoniya arasında münasibətlərin genişləndirilməsi baxımından mühüm addımdır.

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniya səfirliyinin Bakıda keçirilən rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Nazir səfirliyin açılmasını iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində siyasi iradənin göstəricisi kimi qiymətləndirib. O, bu qərara görə Estoniya hökumətinə və ölkənin xarici işlər nazirinə təşəkkürünü bildirib.

Ceyhun Bayramov Estoniyanın Azərbaycandakı ilk rezident səfiri Tiina Nirkini də təbrik edərək ona və səfirliyin əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

XİN rəhbəri qeyd edib ki, Bakıda Estoniya səfirliyinin açılması ikitərəfli əlaqələrin inkişafı üçün əlavə imkanlar yaradacaq. Onun sözlərinə görə, Bakı və Tallində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin birgə səyləri siyasi dialoqun dərinləşməsinə və müxtəlif sahələrdə əməkdaşlıq layihələrinin genişlənməsinə töhfə verəcək.

Bayramov Azərbaycan-Estoniya münasibətlərində yeni mərhələnin uğurlu nəticələrlə yadda qalacağına ümidvar olduğunu bildirib.

Əlaqəli Xəbərlər