Menyu

"Bayern" Mauro İkardini transfer etmək istəyir

Operativ Media
"Bayern" Mauro İkardini transfer etmək istəyir
1 dəq oxu

"Bayern” azad agent statusunda olan argentinalı hücumçu Mauro İkardini transfer etməyi nəzərdən keçirir.

Operativ Media xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bildirilib ki, Münhen klubu Harri Keynin zədələndiyi müddətdə onu əvəz edə biləcək, ingiltərəli futbolçunun qayıdışından sonra isə ehtiyat oyunçu roluna hazır olacaq hücumçu axtarır.

Almaniya təmsilçisi beynəlxalq səviyyədə çıxış təcrübəsi olan futbolçu ilə müqavilə bağlamaq niyyətindədir.

Qeyd edək ki, noyabrın 20-də “Köln”lə qarşılaşmada sindesmoz bağının qopması səbəbindən Harri Keyn 20-ci dəqiqədə əvəzlənib. 33 yaşlı hücumçu cari mövsüm klub səviyyəsində bütün turnirlərdə 16 matçda iştirak edib, 10 qol vurub və 10 məhsuldar ötürmə verib.

33 yaşlı Mauro İkardi isə yayda azad agent kimi “Qalatasaray”dan ayrılıb. Argentinalı futbolçu ötən mövsüm bütün turnirlərdə 16 qola imza atıb. O, karyerası ərzində PSJ, “İnter” və “Sampdoriya”nın da formasını geyinib.

Əlaqəli Xəbərlər