http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 9 ° C

Yanaraq öldüyü deyilən iki nəfərin qətlə yetirildiyi məlum olub

26 İyun 2023 , 17:15
Yanaraq öldüyü deyilən iki nəfərin qətlə yetirildiyi məlum olub

Bağlı qalmış cinayətlərin açılması istiqamətində istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

"Operativ Media" xəbər verir ki, Prokurorluq və Daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks tədbirlər nəticəsində Xaçmaz rayonunun Yalama kəndi ərazisində cari ilin aprel ayında törədilərək bağlı qalmış qəsdən adam öldürmə cinayətinin üstü açılıb. 

Belə ki, aprelin 9-da saat 23 radələrində kənd sakinləri 1963-cü il təvəllüdlü Aslan Tarverdiyev və 1965-ci il təvəllüdlü Rumayə Tarverdiyevanın yaşadıqları evdə baş vermiş yanğından sonra meyitlərinin hadisə yerində aşkar olunması faktı üzrə Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
 
Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-genetik, məhkəmə tikinti-texniki, məhkəmə fiziki-kimyəvi və digər ekspertizalar təyin edilib, tədqiqat üçün 600 nəfərə yaxın şəxsdən zəruri nümunələr götürülüb, habelə çoxsaylı şahidlər dindirilib və digər prosessual hərəkətlər aparılıb.

İstintaqla 1996-cı il təvəllüdlü Ramin Ağaxanovun zərərçəkmiş şəxslərə olan xeyli miqdarda pul borcunu ödəməkdən yayınmaq üçün onların yaşadığı evə gələrək qəsdən öldürməsi, cinayət əməlini gizlətmək və cinayətin izlərini məhv etmək məqsədilə evi qəsdən yandırması və bundan sonra hadisə yerini tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ramin Ağaxanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

OXŞAR XƏBƏRLƏR
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

XƏBƏR LENTİ
  • 00:02

    Həşim Safiəddin “Hizbullah”ın yeni baş katibi seçilib
  • Dünən
    23:33

    ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
  • Dünən
    23:10

    Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq
  • Dünən
    22:24

    Kolumbiyada helikopter qəzaya uğrayıb
  • Dünən
    21:50

    İsrail husilərin neft anbarlarına zərbələr endirib
  • Dünən
    21:10

    Sumqayıtda yataqxanada partlayış baş verib - YENİLƏNİB
    Sumqayıtda  yataqxanada partlayış baş verib - YENİLƏNİB
  • Dünən
    21:00

    Azərbaycan PL: "Qarabağ" "Sabah"ı məğlub etdi
  • Dünən
    20:05

    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
Menyu