Menyu

Səbail rayonda su kəsiləcək

Səbail rayonda su kəsiləcək
1 dəq oxu

Bu gün axşam saatlarından etibarən Bakının Səbail rayonunun Şıx, Bibiheybət qəsəbələri və 20-ci sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Operativ Media"ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məhdudiyyətlərə səbəb su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Əlaqəli Xəbərlər