08 Noyabr 2023, 12:24
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib şəkil
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib

8 Noyabr - Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyindən "Operativ Media" ya verilən məlumata görə, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükut yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ziyarət çərçivəsində şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Həmçinin hərbi qulluqçular şəhid ailələri və onların yaxınları görüşüb, qayğıları ilə maraqlanıblar.

Son xəbərlər
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək
Tramp yaxın iki həftə ərzində İrana zərbə ilə bağlı qərar verəcək
Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada qızıl medal qazanıb
Liderlər "Maraş dondurması"nın dadına baxıblar - VİDEO
19 İyun 2025, 21:35