Menyu

Quterreş: Qəzza zolağına Fələstin Muxtariyyəti rəhbərlik etməlidir

Quterreş: Qəzza zolağına Fələstin Muxtariyyəti rəhbərlik etməlidir

"Yaxın Şərq münaqişəsi başa çatdıqdan sonra Qəzza zolağı Fələstin Muxtariyyəti tərəfindən idarə olunmalıdır, lakin bunun keçid dövrü tələb edəcəyini başa düşürəm".

"Operativ Media" xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib.

"İnanıram ki, ən yaxşı ssenari İsrailin hərbi əməliyyatı başa çatdıqdan sonra yenidən təşkil edilmiş Fələstin Muxtariyyətinin Qəzzanın siyasi rəhbərliyini öz üzərinə götürməsi olacaq. Əlbəttə, bu proseslərin arasında keçid olacaq. Bu prosesdə bir neçə təşkilat, həmçinin BMT və regionda nüfuzu olan bir sıra ölkələr rol oynaya bilər. Ancaq bu, əlbəttə ki, fələstinlilər və israillilərlə müzakirə edilməlidir", - o, "Reuters"ə açıqlamasında deyib.

"Və bütün bunlar iki dövlətli həllin ciddi müzakirəsi üçün başlanğıc nöqtəsi olacaq. Bəzən ən pis faciələr fürsətə çevrilir", - Quterreş əlavə edib. 

O, vəziyyətin uzun müddətdir dəyişmədiyini, lakin indi böhranın sona çatması ilə həm İsrailin təhlükəsizlik narahatlıqlarını, həm də fələstinlilərin tələblərini nəzərə alaraq müstəqil Fələstin dövlətinin yaradılmasının mümkün ola biləcəyini izah edib. 


 

Teqlər:

"Quterre\u015f: Q\u0259zza zola\u011f\u0131na F\u0259l\u0259stin Muxtariyy\u0259ti r\u0259hb\u0259rlik etm\u0259lidir"

Əlaqəli Xəbərlər