General-mayor Mahmud Həmzəyev vəfat etdi
Ehtiyatda olan general-mayor Mahmud Həmid oğlu Həmzəyev vəfat edib.
Bu barədə "Operativ Media" ya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, general-mayor bu gün 2-ci Fəxri Xiyabanda dəfn ediləcək.
Xatıqladaq ki, Mahmud Həmzəyev Beyləqan korpusunun sabiq komandiri olub. O, 31 yanvar 1949-cu ildə Qazax şəhərində anadan olub.
2002-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə general-mayor hərbi rütbəsinə layiq görülüb. 24 iyun 2003-cü ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. 2010-cu ilin əvvəllərində öz xahişi ilə ordu sıralarından tərxis olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net