Ana səhifə / Cəmiyyət / Sumqayıtda dayanacaqdan kişi meyiti tapılıb Sumqayıtda dayanacaqdan kişi meyiti tapılıb 09.11.2023, 16:13 Sumqayıt şəhər Koroğlu pospketi 40-cı məhəllə ərazisində avtobus dayanacağında kişi meyiti tapılıb. "Operativ Media" xəbər verir ki, hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları və Təcili Tibbi yardım briqadası cəlb olunub. Məlum olub ki, ölən şəxs 40 yaşlı Pərviz Əzizxan oğlu Mirzəyevdir. Onun ürəktutmasından öldüyü qeyd olunub. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır. Teqlər: "Sumqay\u0131tda dayanacaqdan ki\u015fi meyiti tap\u0131l\u0131b"