HƏMAS-ı kim maliyyələşdirir?
Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun eksperti Metyu Levitt Həmas qruplaşmasının necə maliyyələşdirilməsini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Ekspertin ABŞ Konqresinə təqdim etdiyi hesabatda deyilir: “Həmas illərdir Avropa İttifaqı, BMT və digər beynəlxalq təşkilatlardan, İran, Rusiya, Suriya və ya Qətər kimi ölkələrdən, habelə dövlətlər tərəfindən nəzarət edilən tikinti şirkətləri və banklardan pul alır".
Levitt bildirib ki, Həmas vergilər, “qəsb”, sərhəd nəzarəti və Qəzza zolağına nəzarətin digər vasitələrindən hər il 300-400 milyon dollar alıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) bəzi hesablamalarına görə, 2014-2020-ci illər arasında Qəzza zolağına 4,5 milyard dollar sərmayə qoyulub. Qəzza Avropa Birliyi strukturlarından 730 milyon dollar , Almaniyadan isə 360 milyon dollar alıb.
“Bu pulun nə qədərinin HƏMAS-ın əlinə keçdiyi məlum deyil”, - ekspert bildirir.
"Qəzza zolağında Həmas “hökumətinin” illik büdcəsi ən azı 2,4 milyard dollardır. Bununla belə, anklavın əhalisi yoxsulluq içində yaşayır".
Levitt həmçinin deyir ki, HƏMAS Rafah (Misir) və Kerem Şalom (İsrail) sərhəd keçid məntəqələrindən Qəzzaya daxil olan mallara vergi qoymaqdan ildə yarım milyard dollar qazanır .
HƏMAS-ın maliyyə imperiyasına qruplaşmanın bir neçə yüksək səviyyəli rəhbərləri nəzarət edir.
"Bəziləri hətta saxta adlar və saxta pasportlar altında fəaliyyət göstərirlər"- Metyu Levittin hesabatında qeyd olunub.