Əlcəzairin BMT-dəki daimi nümayəndəsi ölkənin yeni baş naziri təyin edilib
Əlcəzair prezidenti Əbdülməcid Tebbun ölkənin BMT-dəki daimi nümayəndəsi Nazir Larbavini yeni baş nazir təyin edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Əlcəzair Radiosu məlumat yayıb.
Məlumata görə, Larbavi hökumət başçısı vəzifəsində 2021-ci il iyunun 30-dan bu vəzifədə olan Ayman Benabderrahmanı əvəz edib. Bundan başqa ölkədə bir sıra vəzifələrdə də dəyişikliklər edilib.
Radiostansiya prezidentin bu cür qərarlarının səbəbləri barədə məlumat verməyib.