Menyu

Macarıstan Rusiya və Ukrayna üçün məqbul olan təhlükəsizlik sistemi təklif edib

Macarıstan Rusiya və Ukrayna üçün məqbul olan təhlükəsizlik sistemi təklif edib

"Macarıstan hökuməti hesab edir ki, Avropada həm Rusiya, həm də Ukraynanın maraqlarına cavab verən yeni beynəlxalq təhlükəsizlik sistemi yaradılmalıdır". 

"Operativ Media" xəbər verir ki, bunu Macarıstan Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə dövlət katibi Tamaş Mençer deyib.

O, hakim partiyanın "FİDES – Macarıstan Vətəndaş Birliyi" gənclər təşkilatının Sekesfehervarda (Feyer bölgəsi) keçirilən qurultayında xarici siyasətlə bağlı çıxış edib. O, Ukrayna münaqişəsinə toxunaraq qeyd edib ki, Macarıstan dərhal və qeyd-şərtsiz atəşkəsin və sülh sazişinin hazırlanmasının tərəfdarıdır: "Bizə sülh danışıqları lazımdır, sonra isə Ukraynanın təhlükəsizliyinə təminat verəcək və Rusiya üçün də məqbul olan təhlükəsizlik sistemi yaratmalıyıq".

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirmişdi ki, Qərb ölkələri, o cümlədən Avropa İttifaqı və ABŞ Rusiya ilə Avropa təhlükəsizliyinin gələcək arxitekturasına dair saziş bağlamalıdırlar. O qeyd edib ki, bu məsələ ilə bağlı danışıqlar Ukraynadakı münaqişə həll olunandan sonra aparılmalı və bu danışıqlarda Aİ və Rusiya ilə yanaşı ABŞ da iştirak etməlidir. 

Teqlər:

"Macar\u0131stan Rusiya v\u0259 Ukrayna \u00fc\u00e7\u00fcn m\u0259qbul olan t\u0259hl\u00fck\u0259sizlik sistemi t\u0259klif edib"

Əlaqəli Xəbərlər