Rusiya vətəndaşlarının Qəzza zolağından təxliyəsinə başlanılıb
Rusiya Fövqəladə Hallar Nazirliyi rusiyalı diplomatlarla birlikdə Qəzza zolağından dinc sakinləri təxliyə etməyə başlayıb.
"Operativ Media" nın məlumatına görə, bu barədə Rusiya FHN-dən bildirilib.
Məlumata əsasən, artıq Rusiya vətəndaşları keçid məntəqəsindən keçirlər.
“Bir həftə ərzində Rusiya Fövqəladə Hallar Nazirliyinin operativ qrupu Fələstin-İsrail münaqişəsi zonasında olan Rusiya vətəndaşlarının təxliyyə marşrutlarının və prosedurunun əlaqələndirilməsi üzərində çalışıb. Hazırda münaqişə zonasını tərk etmək istəyən Rusiya Federasiyası vətəndaşları keçid məntəqəsindən keçirlər”, - deyə nazirlik qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net