Menyu

Xəzərdə iki balıqçı itkin düşüb

Xəzərdə iki balıqçı itkin düşüb

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Xəzər dənizində Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində 2 nəfər balıqçının itkin düşməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən "Operativ Media" ya verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Aviasiya dəstəsinin helikopteri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşlar - 1954-cü il təvəllüdlü Cəfərov Vidadi Əli oğlu və 1977-cü il təvəllüdlü Həsənov Elvin Nəcəfqulu oğlunun axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Teqlər:

"X\u0259z\u0259rd\u0259 iki bal\u0131q\u00e7\u0131 itkin d\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər