Mingəçevirdə usta sinəsinə mismar batması nəticəsində ölüb
Mingəçevirdə 42 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
"Operativ Media" xəbər verir ki, Ağdaş rayon sakini, 1981-ci il təvəllüdlü Yusifov Elman Yusif oğlu Mingəçevir şəhəri Tərəvəzçilik sovxozu adlanan ərazidə yerləşən evlərin birində usta işləyib. Çalışdığı zaman ehtiyatsızlıqdan sinəsinə mismar batıb. Usta xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Araşdırma aparılır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma