Yevlaxda 32 yaşlı kişiyə odlu silahla xəsarət yetirilib, saxlanılan var
Noyabrın 12-də saat 16 radələrində Yevlax rayonunda 1991-ci il təvəllüdlü Nəsibov Əhməd Əhəd oğluna odlu silahla xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan "Operativ Media" ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini 1989-cu il təvəllüdlü Əliyev Saleh Azər polis əməkdaşları tərəfindən saxlanılıb.
Cinayət aləti olan odlu silah ondan götürülüb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net