Menyu

Türk hüquqşünaslar İsrailin mühakiməsi üçün BCM-yə 3 min müraciət təqdim edəcək

Türk hüquqşünaslar İsrailin mühakiməsi üçün BCM-yə 3 min müraciət təqdim edəcək

Türkiyəli hüquqşünaslar İsrailin Qəzza zolağında törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi tələbi ilə Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) 3 minə yaxın apellyasiya şikayəti verəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Özlem Zengin məlumat verib.

"İndicə həmkarlarımla telefonla danışdım. İstanbuldan olan deputatımız Cuneyt Yüksel də daxil olmaqla, 13-14 vəkilimizdən ibarət qrup hazırda 13 ölkədən BCM-yə 3 minə yaxın müraciətlə Haaqadadır. Sənədlərin verilməsi üçün hazırlıqlar gedir. Fələstində edilənlərə görə Haaqadakı məhkəmə prosesi başa çatıb, apellyasiya bir həftə ərzində veriləcək", - diplomat qeyd edib.

Bundan əvvəl Türkiyə parlamentinin hakim partiyadan olan sabiq deputatı Metin Kulunk, vəkillər Mükahit Birinci və Burak Bəkiroğlu İstanbul prokurorluğuna İsrailin baş naziri Binyamin Netanyahuya qarşı BCM-yə sorğu göndərilməsi tələbi ilə müraciət ediblər.

Qeyd edək ki, Ankara Roma Statutunu imzalamadığı üçün Türkiyə dövləti adından BCM-yə müraciət etmək mümkün deyil. Ancaq Türkiyə dövlət qurumları və qeyri-hökumət təşkilatları vasitəsilə cinayətlər barədə Haaqa məhkəməsinin prokurorluğuna məlumat verə bilər. 


 

Teqlər:

"T\u00fcrk h\u00fcquq\u015f\u00fcnaslar \u0130srailin m\u00fchakim\u0259si \u00fc\u00e7\u00fcn BCM-y\u0259 3 min m\u00fcraci\u0259t t\u0259qdim ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər