http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Xəzər rayonunda qanunsuz tikililər söküb

03 Aprel 2024 , 13:25
Xəzər rayonunda qanunsuz tikililər söküb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı şəhərinin Xəzər rayonu ərazisində qanunsuz tikililəri söküb.

"Operativ Media" xəbər verir ki, söküntü işləri rayonun Zirə və Şüvəlan qəsəbələrində tikintiyə icazə sənədləri olmayan kənd təssərrüfatı, eləcə də yaşayış təyinatlı tikililərdə aparılıb .

Məlumata görə, qanunsuz zəbt edilən ərazilərdə bir neçə dəfə söküntü işləri aparılsa da, yenidən tikinti işləri həyata keçirilib.

FHN-in Tikintidə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin İnzibati Xətalar, Tikintiyə Nəzarət sektorunun müdiri Kərim Ağayev bildirib ki, tikintidə dövlət nəzarəti dayandırma və söküntü qaydaları birbaşa Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir. Prezidentin fərmanına əsasən, qanunsuz tikintiyə qarşı mübarizə istiqamətində Şəhər Salma və Arxitektura Komitəsi, icra hakimiyyətləri və polis qanunsuz tikililərə qarşı reydlər keçirir.

"Hazırda Xəzər rayonun Zirə qəsəbəsində qanunsuz tikilinin sökülməsi ilə bağlı verilən qərarın icrasına həyata keçiririk. Avqust ayında tikilinin sökülməsinə qərar verilib. Bir neçə dəfə sökülsə də, sahibkar yenidən tikinti işlərini aparmağa cəhd edib. Torpaq kənd təssərrüfatı təyinatlıdır. Tikintiyə icazə sənədi yoxdur. Təxmini 6-7 hektarlıq ərazidə qanunsuz tikinti işləri aparılıb. Söküntü işləri davam etdiriləcək", - o deyib.

OXŞAR XƏBƏRLƏR
Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu