http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sosial yardımın verilməsi hansı halda dayandırılır?

03 Aprel 2024 , 16:32
Sosial yardımın verilməsi hansı halda dayandırılır?

Sosial yardımın verilməsi hansı halda dayandırılır?

"Operativ Media" xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun məlumatına görə, qanunla müəyyən olunmuş müvafiq qurumların informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (Azərbaycan Respublikasının Prezidentinin təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əmək haqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.

Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

Aztəminatlı ailənin üzvü özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır.

Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qaytarmalıdır.

Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu