ETSN: Tozlu hava şəraiti gün ərzində davam edəcək
Nərmin Qocamanlı
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
ETSN-dən "Operativ Media"ya verilən xəbərə görə, Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır.
“Havada müşahidə olunan toz meteoroloji vəziyyətlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb istiqamətli küləklərin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır. Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”, - o deyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net